13 C
Baku
Saturday, November 23, 2024

Aparıcı investisiya bankları Çinin iqtisadi artım proqnozunu aşağı salıb

Dünyanın böyük banklarının əksəriyyəti bu il Çinin iqtisadi artımı ilə bağlı proqnozlarına yenidən baxıb. “Bank of America”, “Goldman Sachs Group”, “JPMorgan Chase” və bir sıra digərləri Çin iqtisadiyyatının bu il 4.8% artacağını gözləyir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Növbəti iki ildə “Bank of America” ekspertlərinin fikrincə, artım 4.5%-ə qədər daha da yavaşlaya bilər. Əvvəlki proqnozlarda banklar bu il artımı 5%, növbəti iki il ərzində isə 4.7%-ə qədər olacağını təxmin edirdilər, “Bloomberg” yazır.

Bank ekspertləri hesab edirlər ki, ölkə iqtisadiyyatı Çin rəhbərliyinin qarşıya qoyduğu 5%-lik hədəfə çatmayacaq. “Bloomberg”in qeyd etdiyi kimi, artımın tədricən yavaşlaması fonunda Pekində iqtisadi stimullaşdırmanı artırmağa çağırışlar da çoxalır. Bununla belə, indiyədək görülən stimullaşdırıcı tədbirlərin nəticəsi demək olar ki, hiss olunmur.

Rəsmi məlumatlara görə, ilin ilk yeddi ayında hökumət xərcləri azalıb və aşağı faiz dərəcələrinə baxmayaraq, kreditlərə tələb zəif qalıb. “Bank of America” qeyri-kafi hökumət dəstəyi səbəbindən Çinin iqtisadi artımının yaxın iki il ərzində “potensialdan aşağı səviyyədə” sabitləşəcəyini təxmin edir.

Son xəbərlər
Digər xəbərlər