23 C
Baku
Tuesday, May 21, 2024

Aparıcı MİS mütəxəssisi (Vijn Fond AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

• Obyekt yönümlü təhlillər, dizayn və proqramlaşdırma, xüsusilə daxili şəbəkə layihələri, House Application-ları üçün şəbəkə proqramlaşdırması;
• Güclü optimallaşdırma və funksionallığı təmin etməklə korporativ internet səhifəsinin tərtibi və hazırlanması;
• PHP, JavaScript, SQL və digər proqramlaşdırma dillərinin kombinasiyasında (məsələn, AJAX) proqramlaşdırma;
• MySql və MS Sql kimi müxtəlif məlumat bazası sistemlərində işləmək;
• Dizayn, texniki təminat, sənədləşdirmə, sınaq və monitorinq də daxil olmaqla, web sistemlərin təhlili, nəzarəti və modifikasiyası;
• İT/MİS administrasiyasında yardım etmək, istifadəçiyə dəstək və məsləhətlər vermək, İT/MİS sistemləri üzrə istifadəçiləri təlimləndirmək;
• Bakı və regional ofislərində İT/MİS layihələrin icrasında iştirak etmək;
• İT/MİS Departamentinin rəhbəri, İdarə Heyəti tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
• Şirkət fəlsəfəsi və məqsədlərini qavramaq və dəstəkləmək;
• Supervayzer tərəfindən qoyulmuş hədəflərə çatmaq üçün bacarıqları imkanını hər bir səyi göstərmək və AzərKreditin məqsədinə çatması üçün davamlı olaraq çalışmaq;
• Bütün fəaliyyətlərini AzərKredit siyasətləri və prosedurlarına uyğun aparmaq;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

TƏLƏBLƏR:

• Ali təhsil dərəcəsi;
• Müvafiq sahədə ən azı 2 ill təcrübə;
• PHP, JavaScript, XML, CSS, HTML və XHTML dillərini yaxşı bilmək;
• MySQL, MS SQL üzrə yaxşı bilik, məlumat bazalarını (Müştəri-Serveri) bilmək əlavə üstünlük hesab ediləcək;
• Windows OS, MS Office proqramları, VBA, ODBC proqramlarını bilmək;
• Linux OS biliyi, CentOS üzrə təcrübə əlavə üstünlük hesab ediləcək;
• Maliyyə sektorunda təcrübə üstünlük hesab ediləcək;
• Güclü təhlil bacarıqları;
• Ölkə daxilində keçirilən İT tədbirlərində və tələb olunduğu halda müxtəlif təlimlərdə iştirak etmək imkanı;
• Bir neçə tapşırığı idarə edə bilmək və gərginlik altında işləyə bilmək;
• Azərbaycan və ingilis dillərini (yazılı və şifahi) yaxşı bilmək, rus dilini də bilməsi arzuolunandır;
• Yaxşı şəxsi keyfiyyətlər, komanda işi bacarıqları;
• Təşkilatın missiyasına sadiqlik.

İş yeri Bakı şəhərində AzərKreditin Baş Ofisində olacaq.
İş rejimi Bazar ertəsindən Cümə günü də daxil olmaqla, 09:00-dan 18:00-dək olacaq.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 12 mart 2015-cü il tarixinədək e-mail ([email protected]) (mövzu hissəsində ‘Leading MIS Specialist’ göstərin) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]

Fax: (+994 12) 597 30 39

www.azercredit.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər