SAF TRADE
SAFA HOLDİNG tərkibinə aid olan SAF TRADE Azərbaycanda fəaliyyət göstərən aparıcı ticarət və distribütor şirkətlərindən biridir.
Əlavə Məlumat üçün http://www.safa.az/
Aparıcı Mühasib
İş öhdəliklərinə daxildi lakin bunlarla məhdudlaşmayan :
– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
– Proqram üzrə mühasibat yazılışlarının verilməsi
– Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması
– Elektron Verqi Hesab Faktura,Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
– İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması
– Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
– Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
– İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
Namizədə tələblər
– Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Dil bilikləri daha zəngin olan namizədlərə üstünlük verilir
– MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə biliklər;
– Logo proqramı üzrə təcrübəli şəxslərə üstünlük verilir;
– Fərdi və kollektivdə işləmə qabiliyyəti
– Vergi qanunvericiliyinin əsaslarını bilməli
– Ticarət Sektorunda İş təcrübəsi: müvafiq vəzifədə 3- 5 il
– Məsuliyyətli
– 28-40 yaş aralığı
Əmək haqqı 800-1000
İş qrafiki: 6 günlük iş həftəsi
Maraqlanan namizədlərdən öz CV-lərini 25.05.2017-ci il tarixinə kimi “mövzu” yerinə “Aparıcı Mühasib SAF TRADE” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.