16 C
Baku
Tuesday, May 14, 2024

Aparıcı mütəxəssis-hüquqşünas (“Naxçıvanbank” ASC Bakı filialı)

Namizədə qarşı tələblər:

  • Ali hüquqi təhsil,
  • Mülki, mülki-prosessual, əmək, inzibati məsuliyyət, Azərbaycan Respublikasının normativ-hüquqi aktları və bank qanunvericiliyi sahəsində biliklərə malik olmaq,
  • Korporativ hüquq sahəsində minimum 1 il iş təcrübəsinə malik olmaq,
  • Komandada işləmək bacarığına malik olmaq,

Vəzifə öhdəlikləri:

  • Bankın hüquqi və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslər qarşısında müdafiə etmək,
  • Müştərilərə verilmiş kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədi ilə məhkəmədən öncə, məhkəmədənkar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək,
  • Daxili hüquqi təminat, ekspertiza və təhlil işləri aparmaq,
  • Bank fəaliyyəti zamanı təqdim edilən müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasını həyata keçirilməsi.
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq,

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 sentyabr 2017-ci il tarixədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər