10 C
Baku
Thursday, December 12, 2024

Aparıcı sistem inzibatçısı (məlumat bazasının adminstratoru) – Azərbaycan Kredit Bürosu

Departament: İnformasiya Texnologiyaları Departamenti

Vəzifə: Aparıcı sistem inzibatçısı (məlumat bazasının adminstratoru)

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

 Verilənlər Bazasının İdarəetmə Sisteminin (VBİS) proqram əməliyyatının konfiqurasiyası, quraşdırılması və serverin əməliyyat sisteminin yüklənməsi;
 VBİS-in təhlükəsizliyinin təmin edilməsi;
 Məlumatların saxlanmasının effektivliyinin və səmərəliliyinin artırılması üçün konfiqurasiyanın sazlanması (həmçinin Əməliyyat Sisteminin sazlanması), VBİS-in işinin monitorinqi;
 VBİS-in rezerv kopyalanması və bərpası;
 Xəta halında nasazlığın lokalizasiyası və işin bərpası;
 VBİS-ə dair plan üzrə profilaktik xidmətlərin təşkili;
 VBİS sisteminin daha təkmil fəaliyyəti üçün müxtəlif texnologiya və metodların nəzərdən keçirilməsi və tətbiqi;
 SQL və saxlanma prosedurlarına dair developerlərə yardım göstərilməsi;
 Mövcud SQL sorğuların daimi gözdən keçirilməsi və optimallaşdırılması;
 Əmrlər Sətiri (CL – Command Line) ilə rahat işləmə bacarığı;
 VBİS mühitinin sənədləşməsi.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ:

 Müvafiq sahə üzrə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s);
 Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis və rus dili bilikləri;
 VBİS-in Oracle üzrə idarə edilməsinə dair ən azı 3 il iş təcrübəsi  (MSSQL üzrə biliklərin olması arzu olunandır);
 Windows/Unix mühitində yüksək iş təcrübəsi
 SQL, PL / SQL-lə iş təcrübəsi, kompleks sorğular yazmaq bacarıqları;
 ODİ (Oracle Data İntegrator) barədə biliklər;
 VBİS-in idarə edilməsi üzrə digər biliklər üstünlükdür  (MySQL, PostgreSQL, MSSQL və s.)

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər