13 C
Baku
Saturday, May 4, 2024

APFM 10 illiyini qeyd etdi

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) təsis olunduğu gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum  kimi fəaliyyətini uğurla davam etdirir. On illik fəaliyyəti dövründə APFM özünü təsdiq edə bildi.Yeni istiqamətdə,yeni layihələrdə,yeni axtarışlarda gərəkli,dəyərli, praktik və lazımlı olduğunu göstərdi.Beynəlxalq səviyyədə qazandığı yüksək mükafatlar bunu bir daha sübut edir. APFM Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu il 08-10 oktyabr tarixlərində Mühasiblərin və Auditorların 5-ci Yubiley Forumuna ev sahibliyi edəcək.

Qazanılan nailiyyətlər sırasında Assosiasiyanın rəsmi tədris mərkəzini xüsusi olaraq qeyd etməliyik.Assosasiyanın rəsmi tədris mərkəzi – Infosystem LINK Beynəlxalq peşəkar təşkilatların Azərbaycanda akkreditasiya olunmuş regional mərkəzi kimi biznes-tədrisi istiqamətində müvəffəqiyyətlə fəaliyyət göstərir.

Assosiasiyanın təsis etdiyi “Finansist” jurnalı isə vaxtında dünyaya göz açmaqla yanaşı, həm də ona bəslənən ümidləri tam doğrultdu.FİNANSİST artıq ictimaiyyətdə böyük əks-səda doğurmuş, bir sıra sosial-mədəni tədbirlərin media partnyoruna çevrilərək, yeni rubrikalarını oxucularına təqdim etmişdir.

[su_youtube url=”https://www.youtube.com/watch?v=7t2y42bdS7E”]

 APFM –in Respublika iqtisadiyyatının uğurlu inkişafı üçün bundan sonra da yüksək tələblərə cavab verəcək fəaliyyətinə əminliklə inanırıq. Bu inamla aydın sabahlara addımlayırıq. Bütün APFM üzvlərini 10 illlik yubiley münasibətilə təbrik edirik, Professional Maliyyə Menecerləri Assosiasiyasına maliyyə sahəsində peşəkarların hazırlanması istiqamətində gələcək fəaliyyətində inkişaf və tərəqqi diləyirik.

IMG_9631-1IMG_9628-1  IMG_9651-1 IMG_9683-1 IMG_9687-1

Son xəbərlər
 ⁠
Digər xəbərlər