“Apollo Global Management” “BP Plc” ilə 1 milyard dollarlıq razılaşma imzalayaraq, Trans Adriatik (TAP) təbii qaz boru kəmərindəki payının maliyyələşdirilməsini təmin edib.
Banker.az bu barədə “Bloomberg” istinadən xəbər verir və bu, agentlik tərəfindən yayımlanan bir bəyanatda bildirilir.
“Apollo Global Management” BP-nin bu boru kəmərindəki 20%-lik payını saxlayan törəmə müəssisəsində qeyri-nəzarət payını alıb. Bəyanata görə, bu razılaşma BP-yə həmin qurum üzərində idarəetmə nəzarətini qorumağa imkan verir.
Müqavilənin dördüncü rübdə yekunlaşması gözlənilir və əldə olunan gəlir BP-nin 2024-cü il üzrə aktiv satışlarına töhfə verəcək.
TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti proyektidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəql edilir.
“Apollo Global Management, Inc.” ABŞ-da yerləşən bir aktivlərin idarəedilməsi şirkətidir və əsasən alternativ aktivlərə sərmayə yatırır.