14 C
Baku
Friday, May 17, 2024

App Store yaradıcıları 9 ilə 70 milyard dollar qazanıb

Banker.az saytı xəbər verir ki, Apple şirkətinin elan etdiyi məlumatda deyilir ki, şirkət 2008-ci ildə App Store tətbiqetmə mağazasının işə salınmasından bu günə qədər onun yaradıcılarına 70 milyard dollar ödəyib.

Məlumatda qeyd edilir ki, son il ərzində tətbiqetmə yükləmə faizi 70-ə yüksəlib. Bununla belə, Apple bu məsələ ilə bağlı detalları elan etmədi. İl ərzində ödənişli yükləmələr 58% artıb. Bunun səbəbi isə şirkətin tətbiqetmə müəlliflərinə bütün 25 kateqoriya üzrə tətbiqetmə satmağa icazə verməsidir.

Qeyd edək ki, iyun ayının 5-dən 9-na qədər San-Xosedə Apple developperlərinin illik konfransı olan WWDC baş tutacaq. Şirkətin bu zaman iOS 11, Mac OS 10.13, həmçinin tvOS və watchOS əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər