“Apple” şirkətinə məxsus “App Store” xidmətinin işində qüsurlar yaranıb.
Bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.
Məlumata əsasən, şikayətlərin çoxu ABŞ-da qeydə alınıb.
İstifadəçilərin 92 faizi servisə qoşulmaqda, 6 faizi saytın işində, 2 faizi isə hesaba daxil olan zaman problemlərlə qarşılaşıb.