27 C
Baku
Wednesday, April 24, 2024

“Apple” əməkdaşlarına ödəniş kartlarını verməyə başlayıb

Amerikanın texnologiya nəhəngi olan “Apple” şirkəti, öz əməkdaşlarına ödəniş kartlarını verməyə başlayıb. “Apple” kredit kartlarının daxili testinin başlanğıcı haqqında “Insider” saytına istinadən Mac Rumors tematik portalı məlumat verib.

“Apple”-ın ödəmə kartının görünüşü məşhur blogger Ben Geskin-in Twitter səhifəsində aşkar olunub.

“Insider” saytının verdiyi məlumata görə, o, bu kartı “Apple” əməkdaşlarının birindən almışdır.

Kart sifarişlə titandan hazırlanır və kifayət qədər minimalistik dizayn nümayiş etdirir. Onun üzərində sahibin adı, elektron çip, “Apple”, “Mastercard” və əməkdaş bankın loqosu var.

Kartın qablaşdırılması üzərində belə bir ifadə var: “Kartı aktivləşdirmək üçün iPhone smartfonunu karta yaxınlaşdırın” – aktivasiya Wallet tətbiqi vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, “Apple” ödəniş kartların istehsalına yazın əvvəlində başlayıb. Şirkətin əsas əməkdaşları “Mastercard” ödəniş sistemi və “Goldman Sachs” investisiya bankıdır.

Şirkət “Apple” kartının sahiblərinə bir çox bonusları vəd edir – xüsusilə, əhəmiyyətli “cashback”-lər, xərclərə nəzarət və yüksək səviyyəli təhlükəsizlik.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər