“Apple” şirkəti Fransada rəqabət qaydalarını pozduğuna görə 1,1 mlrd. avro cərimələnib.
Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edildiyi kimi, şirkətin iki böyük məsul tədarükçüsü də cərimə ödəyəcək – “Tech Data” (76,1 milyon avro) və “Ingram Micro” (62,9 milyon avro).
İdarə nümayəndələrinin sözlərinə görə, “Apple və onun iki böyük topdan satıcısı bir-biri ilə rəqabət etməməyə razılıq veriblər”. Bu, distribyutorlar arasında pərakəndə satış qiymətlərinin bərabərləşdirilməsinə səbəb olub.
“Nəhayət, “Apple” distribyutorların iqtisadi asılılığından sui-istifadə edərək, onları ədalətsiz kommersiya şəraiti ilə üzləşməyə məcbur edib. Bu metodların rəqabətə güclü təsir etdiyini nəzərə alaraq, İdarə şirkətə qarşı ən yüksək cərimə cəzasını tətbiq edir”.