13 C
Baku
Friday, November 22, 2024

Apple 12-ci ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır

Interbrand Corp tərəfindən hər il hazırlanan “Ən yaxşı qlobal brendlər” reytinqinə görə, Apple ardıcıl on ikinci dəfə dünyanın ən qiymətli brendi statusunu qoruyub saxlayır.

Apple-ın brend dəyəri il ərzində 3% azalaraq 488,9 milyard dollar olub.

Microsoft 11% dəyər qazanaraq (352,5 milyard dollar) ikinci sırada yer alıb. Üçüncü sırada isə Amazon brendi mövqeyini qoruyub, dəyəri isə 8% artaraq 298,1 milyard dollara çatıb.

Google 12% artımla (291,3 milyard dollar) dördüncü, Samsung isə 10% artımla (100,8 milyard dollar) beşinci yerdə qərarlaşıb.

Növbəti sıralarda Toyota (13% artımla 72,8 milyard dollar), Coca-Cola (5% artımla 61,2 milyard dollar), Mercedes-Benz (4% azalma ilə 58,9 milyard dollar), McDonald’s (4% artımla 53 milyard dollar) və BMW (2% artımla 52 milyard dollar) yer alır.

Ən böyük dəyər artımını isə ötən il ərzində Ferrari (+21%, 13,1 milyard dollar) və YouTube (+16%, 30,1 milyard dollar) brendləri göstərərək, müvafiq olaraq 62-ci və 24-cü yerləri tutublar.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər