8 C
Baku
Friday, December 13, 2024

Apple 20 il ərzində ilk dəfə gəlir proqnozunu aşağı salıb

Kaliforniyanın texnologiya nəhəngi, Çində satışların azalmasını açıqlayaraq, I rübdə gəlir proqnozunu azaldılıb. Şirkətin səhmləri 7,6%, S&P isə 1,3% azalıb.

Banker.az bunu Vesti Finance-yə istinadən xəbər verir.

Təxminən iki onillikdə ilk dəfə olaraq Apple Inc, birinci rübün gəlir proqnozunu azaldıb. Texnologiya nəhəngi bunun əsas səbəbi kimi Çində gözləniləndən daha zəif satışları göstərir.

“Biz inkişaf etməkdə olan bazarlarda bəzi əsas problemləri proqnozlaşdırmışdıq, lakin Böyük Çində belə bir iqtisadi artımı gözləmirdik”, – Apple şirkətinin baş direktoru olan Tim Cook bildirib.

29 dekabrda sona çatan ilk maliyyə rübündə gəlir proqnozu $89-$93 milyarddan $84 milyarda qədər azalmışdır, ümumi gəlir isə %38,5-dən %38 -dək düşüb.

FactSet tərəfindən keçirilmiş sorğuların nəticələrinə görə, ekspertlərin ortalama təxminləri $91,3 milyard təşkil edir.

Bir il bundan əvvəl Apple şirkətinin gəlirləri $88,5 milyard təşkil etmişdir, bunlardan $61,6 milyard iPhone satışlarının payına düşür.

Zəif tələb – aşağı proqnoz

Birincisi, proqnozun azalması iPhone satışının qiymətləndirilməsinin pisləşməsi ilə bağlıdır. Əvvəla, Böyük Çin (Çin, Honkonq və Tayvan) daxilində azalma müşahidə olunur. Cook, digər ölkələrdə də yeni modellərə olan tələbatın gözləniləndən daha aşağı olduğunu qeyd edib.

Tim Cook-un sözlərinə görə, iPhone satışlarının zəifləməsinin əsas səbəbi bəzi bazarlarda makroiqtisadi problemlər olmuşdur. Bundan əlavə, Apple məhsullarının qiymətləri dolların güclənməsinə görə yüksəldiyini də qeyd etmək lazımdır.

tim cook
Tim Cook

Belə ki, Apple rəhbərliyinin narahatlığına yalnız iPhone satışları deyil, digər seqmentlər də səbəb olur. Bunlara Apple Watch Series 4, iPad Pro, AirPods MacBook Air kimi məhsulların satışının aşağı düşməsi də aid olunur.

Bu, əsasən, tələbatın azalması ilə əlaqəli olmuşdur.

“Rübün nəticələrinə görə, xidmət sahəsindəki gəlir $10,8  milyarddan çox olub. 2016-ci ildən 2020-ci ilə qədər biz bu rəqəmi iki dəfə artırmağı hədəfləyirik”. – Cook öz mesajında deyir.

Bazar reaksiyası

Sərmayəçilər Apple şirkətinin proqnozu ilə məyus olublar: şirkətin səhmləri yanvarın 2-də keçirilmiş hərraclarda qiymətin 7,6% -ni itirmişdir. Bu rekorddan üç ay öncə texnoloji nəhəngin kapitallaşması 1 trilyon dolları aşıb, qiymətli kağızların dəyəri isə 31,1% azalıb.

S&P 500 indeksi 1,3% itirərək, bu düşməyə reaksiya vermişdir.

Analitiklər 2019-cu ildə S&P 500 şirkətlərinin səhmlərin mənfəətinin 7% artmasını gözləyirlər. Bu, 2018-ci il üçün gözləntilərdən əhəmiyyətli dərəcədə aşağıdır. IBES Refinitivin son proqnozlarına əsasən, texnologiya sektorunda mənfəətin artımı dördüncü rübdə 12% -ə qədər, 2019-cu ilin birinci rübündə isə 2% -ə qədər azalacaq.

Son xəbərlər
Digər xəbərlər