“Apple” 2021-ci ildə “MacBook”ları yeniləməyi planlaşdırır

“Apple” şirkəti 2021-ci ilin ortalarında MacBook noutbuklarını yeniləməyi planlaşdırır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin bildirdiyinə görə, cihaz iki variantda təqdim ediləcək: J314 adlı 14 düymlük və J316 kodlu 16 düymlük. Hər iki model “Apple”ın özünün istehsal etdiyi prosessorlarla təchiz ediləcək.

Xarici görünüş baxımından cihazlar mövcud modellərə bənzəyəcəklər. Əsas dəyişiklik MagSafe maqnit enerji toplama texnologiyası olacaq. Mənbənin verdiyi məlumata görə, bu, noutbukların daha sürətli zaryadka toplamasına imkan verəcək.

Bundan əlavə, şirkət yenilənmiş MacBook Air modellərini buraxmağı planlaşdırır. Lakin onlar MacBook Pro-dan sonra təqdim ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər