26 C
Baku
Saturday, July 27, 2024

“Apple” 2023-cü ildə yeni işçi qəbulunu azaldacaq

Amerikanın “Apple” şirkəti 2023-cü ildə yeni işçilərin işə götürülməsini və əmək haqqı xərclərini azaltmaq niyyətindədir. Bundan əlavə, şirkət mümkün iqtisadi tənəzzülə hazırlaşır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bu qərar şirkətin ABŞ iqtisadiyyatı və dünyanın mümkün tənəzzül təhlükəsi ilə üzləşdiyi qeyri-müəyyən vaxtlarda daha ehtiyatlı olmaq istəyi ilə bağlıdır. “Bloomberg”in mənbələri bu yanaşmanın şirkətin korporativ siyasəti olmadığını bildirir.

Bu xəbərin dərci fonunda “Apple Inc.” Nasdaq birjasının məlumatına görə, ABŞ fond bazarında son bir saat ərzində 0.12% azalaraq hər qiymətli kağız üçün 146.90 dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər