28 C
Baku
Thursday, June 13, 2024

“Apple” 2024-cü ildə qatlanan iPad buraxacaq

“Apple” korporasiyası qatlanan iPhone əvəzinə qatlanan iPad buraxacaq. “CCS Insight”ın verdiyi məlumata görə, yenilik 2024-cü ildə işıq üzü görəcək. Jurnalist Mark Qurman eyni məlumatı təsdiqləyərək, yeni iPad-in 20 düymlük ekran alacağını deyir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bundan əlavə, istehsalçı qatlanan iPhone üzərində də işləyəcək. Onun qiyməti təqribən 2500 dollar təşkil edəcək.

“Apple”ın qatlanan iPhone buraxması ilə bağlı şayiələr uzun illərdir ki, internetdə yayılır, lakin hələ də bu bazarda Çin istehsalçıları və “Samsung” liderlik edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər