2024-cü ilin əvvəlinə qədər “Apple” yeni iPad Air, iPad Pro və MacBook Air modellərini buraxmağı planlaşdırır, bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, yeni iPad Air iki ölçüdə olacaq, Pro modeli isə OLED ekranla təchiz olunacaq. Mənbələr bildirir ki, yeni iPad-lərin satışına iPadOS 17.4-ün buraxılacağı 2024-cü ilin mart ayının sonunda başlanacağı gözlənilir. Agentliyin həmsöhbəti əlavə edib ki, yeni Mac-in buraxılışı mart ayından tez olmayacaq.
Sentyabrın 31-də başa çatan son maliyyə ilində “Apple”ın gəliri və xalis mənfəəti 3% azalaraq müvafiq olaraq 383.3 milyard və 97 milyard dollara enib. “Apple”ın digər məhsul kateqoriyalarına gəldikdə isə, iPhone satışları 2.8% artaraq 43.8 milyard dollara çatıb.
Eyni zamanda, xidmətlərdən əldə olunan gəlirlər əhəmiyyətli dərəcədə artıb (bu bölməyə Apple Music və Apple TV+ videoservisi daxildir) və 22.3 milyard dollar təşkil edib.