Amerikanın “Apple” korporasiyası tarixdəki ən nazik smartfonunu hazırlayır və onu “iPhone Air” adlandırmağı planlaşdırır. Bu barədə “Bloomberg” şirkətdəki mənbələrə istinadən məlumat yayıb.
Yeni məhsul payızda təqdim oluna bilər və şirkətin gələcək texnologiyalarından bəziləri onun üzərində sınaqdan keçiriləcək. Yeni “iPhone” indiki flaqman modellərindən 2 mm incə olacaq və qalınlığı 5,5 mm-dən 6,25 mm-ə qədər dəyişəcək.
Smartfon A19 prosessoru və 8 GB operativ yaddaş, 6,6 düymlük OLED displey, həmçinin 48 MP əsas və 28 MP ön kamera alacaq. Şirkət smartfonlarının qalınlığını azaltmaqla, bu korpuslardan qatlana bilən iPad və iPhone-lərdə istifadə etmək niyyətindədir.