Banker.az xəbər verir ki, Apple şirkətinin brendi Interbrand Corp.-un 2017-ci ilin 100 ən aparıcı brendi versiyasına görə dünyanın ən bahalı brendi olaraq qalıb.
Apple brendinin dəyəri il ərzində 3% artaraq 184,15 milyard dollar təşkil edib. İkinci pillədə dəyəri 2017-ci ildə 6% artaraq 141,70 milyard dollar təşkil edən Google brendi yer alıb. Üçüncü pillənin sahibi isə il ərzində 10% bahalaşaraq dəyəri 80 milyard dollar olan Microsoft brendidir.
Həmçinin reytinqin onluğuna Coca-Cola ($69,3 milyard), Amazon ($64,8 milyard), Samsung ($56,2 milyard), Facebook ($48,2 milyard) və IBM ($46,8 milyard) brendləri də daxil olub. .
Dünyanın aparıcı 100 brendinin ümumi dəyəri keçən il ilə müqayisədə 4,2% artıb və 1,8 trilyon dollar təşkil edib.