12 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Apple” 5G dəstəkləyən iPhone 12 və iPhone 12 mini təqdim edib – Fotolar

“Apple” payız təqdimatında 64 GB, 128 GB, 256 GB yaddaş və 5G texnologiyasını dəstəkləyən iPhone 12 və iPhone 12 mini təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, smartfon beş rəngdədir: qara, ağ, qırmızı, mavi və yaşıl.

iPhone 12 modeli Ceramic Shield şüşə qoruma texnologiyası, OLED və Super Retina XDR ekranı ilə təchiz olunub.

iphone 12

iphone 12 1 iphone 12 2 iphone 12 3

 

Smartfon avtomatik olaraq 5G və LTE şəbəkələrini dəyişir. iPhone 12 modelində 5G bağlantısının maksimal gücü saniyədə 3,5 Gbit təşkil edir.

Bundan əlavə, iPhone 12 A13-dən 50% daha sürətli olan A14 prosessoru və f/2.4 diafraqmalı kamera ilə təchiz olunub.

iPhone 12 smartfonunu Apple Watch-un adapteri ilə zaryadkaya qoymaq mümkündür. Qeyd edək ki, bu ildən başlayaraq adapter və qulaqlıq iPhone-dan ayrı satılır.

iPhone 12 və iPhone 12 mini modelləri demək olar ki, eyni funksiyalara malikdirlər. Bildirək ki, iPhone 12 mini dünyanın ən kompakt smartfonudur – o, 4,7 düymlük iPhone-lardan yüngüldür.

Qiymətlərə gəldikdə, iPhone 12 mini 699 dollara, iPhone 12 isə 799 dollara satılacaq. Yeni modellər noyabrın 13-dən satışa çıxacaq.

Bundan əlavə, Apple 128 GB, 256 GB və 512 GB yaddaş və Ceramic Shield texnologiyası ilə təchiz edilmiş iPhone 12 Pro və iPhone 12 Pro Max modellərini təqdim edib. Bu modellər dörd rəngdə mövcuddur: qrafit, gümüşü, qızılı və göy.

iphone 12 5

iphone 12 8 iphone 12 7

iPhone 12 Pro modelinin qiyməti 999 dollar, iPhone Pro Max modelinin qiyməti isə 1099 dollar təşkil edir.

Xatırladaq ki, şirkətin ilk təqdimatı sentyabr ayında keçirilib. Təqdimat zamanı Apple Watch Series 6, Watch SE və digər məhsullar nümayiş etdirilib.

Son xəbərlər
Oxşar xəbərlər