2 C
Baku
Sunday, December 15, 2024

“Apple” 600-dən çox işçisini ixtisar edəcək

“Apple Inc.” Silikon Vadisində 600-dən çox işçini ixtisar edir ki, bu da şirkətin öz elektromobilini yaratmaq layihəsini bu yaxınlarda bağlaması ilə əlaqədar ola bilər.

“Market Watch” qeyd edir ki, bu, COVID-19 pandemiyasından sonra “Apple”ın ilk böyük ixtisarıdır.

Şirkət Kaliforniya ştatının səlahiyyətlilərinə 614 işçisinin mayın 27-də qüvvəyə minəcək ixtisarlar barədə 28 martda məlumatlandırıldığını bildirib. İxtisarlar “Santa Clara”da altı əlavə ofisdə çalışanlara təsir edəcək, lakin “Apple”ın Kupertinodakı baş ofisinə təsir etməyəcək.

“Apple”ın açıqlamasında ixtisarların elektrikli avtomobillərin inkişafı layihəsinin bağlanması ilə bağlı olduğu göstərilmir.

Son xəbərlər
Digər xəbərlər