16 C
Baku
Sunday, May 26, 2024

“Apple” 7 may 2024-cü il təqdimatını elan edib

“Apple” korporasiyası 7 may 2024-cü il təqdimatını elan edib. “Let Loose” adlı təqdimat onlayn rejimdə keçiriləcək. Bütün diqqət “Apple Pencil” üzərindədir, buna görə də çox güman ki, yeniləmələr “iPad”a aid olacaq.

“The Verge”yə görə, şirkət yenilənmiş “iPad Air” və OLED displeyli, M3 çipli və korpusun uzun tərəfində yerləşən ön kameralı 13 düymlük “iPad Pro”nu nümayiş etdirə bilər.

Həmçinin yeni “Apple Pencil” və alüminium korpuslu “Magic Keyboard” da gözlənilir.

2024-cü il iyunun 10-dan 14-dək “Apple” şirkəti illik tərtibatçılar konfransını (WWDC) keçirəcək və burada çox güman ki, süni intellekt xidmətlərinin inkişafı planlarından danışacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər