24 C
Baku
Wednesday, August 17, 2022

Apple ABŞ-da pilotsuz avtomobillər üçün lisenziya əldə edib

Banker.az saytının xarici mediaya istinadən verdiyi xəbərə, Apple şirkəti Kaliforniyada pilotsuz avtomobillərin sınaqdan keçirilməsi üçün lisenziya əldə edib. Şirkət ABŞ-da pilotsuz avtomobillərin sınaqdan keçirilməsi üçün lisenziya alan 30-cu belə istehsalçı oldu. Digər şirkətlər sırasında Volkswagen, Ford, General Motors (GM), Delphi, Bosch və Zoox var.

Verilən məlumatda qeyd edilir ki, Apple 3 Lexus RX450h avtomobilinin 6 sürücü ilə sınaqdan keçirilməsinə lisenziya əldə edib. Şirkət hələ ki, üzərində işlədiyi avtopilot proqramı haqqında heç bir şərh bildirməyib.
Qeyd edək ki, Apple şirkətinin avtonəqliyyat departamenti ilə ilk danışıqları 2015-ci ildə bəlli olmuşdu. Şirkət 2016-cı ildə şəxsi pilotsuz avtomobillərin yaradılması üzərində işləməyi dayandırdı və pilotsuz avtomobillər üçün avtomatik sistemin yaradılmasına fokus oldu.

Son xəbərlər
Oxşar xəbərlər