3 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Apple” ABŞ hökuməti üçün gizli iPod yaradıb

“Apple” ABŞ hökuməti üçün gizli iPod yaradıb. Banker.az xəbər verir ki, bu barədə şirkətin keçmiş mühəndisi Devid Şayerə istinadən CNN məlumat verib.

Onun sözlərinə görə, 2005-ci ildə bu layihə haqda korporasiyanın iki işçisi bilirdi – iPod və aparat təminatı bölməsinin vitse-prezidentləri.

Mühəndis qeyd edir ki, həmin dövrdə bu işçilər şirkətdən artıq ayrılmışdılar. Şayerin sözlərinə görə, “Apple”in əməkdaşları ABŞ-ın müdafiə podratçısı olan “Bechtel” ilə əməkdaşlıq edib. ABŞ hökuməti üçün xüsusi iPod hazırlanmışdır. Qeyd edildiyi kimi, onun içərisinə səs yazan cihaz quraşdırılmışdır.

Mühəndis əlavə edir ki, “Apple” bununla ölkənin Energetika Nazirliyinə kömək edib.

Son xəbərlər
Oxşar xəbərlər