9 C
Baku
Monday, November 18, 2024

“Apple” AirPods üçün sensorlu keys üzərində işləyir

“Apple” istifadəçilərə musiqi proqramları, Apple TV+, xəritələr və s. ilə qarşılıqlı əlaqə yaratmağa imkan verən sensor displeyli simsiz AirPods keysi üzərində işləyir. 2022-ci ilin sentyabrında təqdim edilmiş patentə əsasən, istifadəçilər onun köməyi ilə Siri-dən istifadə edərək proqramlar arasında keçid edə biləcəklər.

Banker.az bu barədə Qazeta.ru-ya istinadən xəbər verir.

Nəzərə alsaq ki, ötən il “Apple” iPod-un istehsalını dayandırıb, belə bir qərar əfsanəvi musiqi pleyerlərinin davamı ola bilər. Lakin bununla belə, patentin olması cihazın satışa çıxacağına zəmanət vermir, çünki şirkətin çoxlu sayda reallaşdırılmamış patentləri var.

Son xəbərlər
Digər xəbərlər