10 C
Baku
Friday, December 13, 2024

“Apple” Android cihazlarının USB-C kabellərindən istifadə etməyi qadağan etdi

Çindəki bəzi “Apple” brend mağazalarının nümayəndələri yeni “iPhone 15” smartfonlarını enerji ilə doldurmaq üçün “Android” cihazlarının USB-C kabellərindən istifadə etməyin tövsiyə olunmaması ilə bağlı xəbərdarlıq yayıblar. Onların fikrincə, bu, həddindən artıq istiləşməyə və cihazın zədələnməsinə səbəb ola bilər.

Onlar bunu “iPhone” və “Android” smartfonlarının USB-C konnektorlarında kontaktların təşkilindəki fərqlərlə izah ediblər. İddia olunur ki, “Android” cihazlarının kabellərindəki kontaktlar daha yaxın olduğundan, “iPhone” enerji yığarkən həddindən artıq istiləşə və sıradan çıxa bilər. Lakin bəziləri hesab edir ki, bu xəbərdarlıqlar adətən analoqlardan baha olan orijinal “Apple” aksesuarlarının satışını stimullaşdırmaq cəhdi ola bilər.

Hələlik şirkət özü buna münasibət bildirməyib, ona görə də problemin yerli xarakter daşıması mümkündür. Qeyd edək ki, “iPhone 15” Lightning əvəzinə universal USB Type-C konnektoruna malik ilk “Apple” smartfonudur.

Son xəbərlər
Digər xəbərlər