12 C
Baku
Sunday, October 27, 2024

“Apple” aprel ayında yeni iPad Pro təqdim edəcək

“Apple” korporasiyası aprel ayında təkmilləşdirilmiş prosessorlu yeni qadjet modelini təqdim edərək, iPad Pro seriyasını yeniləməyi planlaşdırır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Onun mənbələrinə görə, təkmilləşdirilmiş prosessordan əlavə, planşet yeni kamera ilə təchiz ediləcək. Qeyd edildiyi kimi, yenilənmiş prosessor güc baxımından noyabr ayında təqdim olunan M1-dən geri qalmayacaq. Yeni model hazırkı iPad Pro-ya bənzəyəcək, ekran ölçüləri eyni olacaq – müvafiq olaraq 11 düym (təxminən 27.9 sm) və 12.9 düym (32.7 sm). Şirkət planşeti həmçinin mini-LED işıqlandırma texnologiyası ilə təchiz edəcək.

Bu cihazın sınaqlardan keçirilməsi zamanı inkişafetdiricilər “Thunderbolt” konnektorundan istifadə ediblər. Bu port əlavə monitorların, xarici sərt disklərin və digər periferiya qurğularını birləşdirməyə imkan verir.

1976-cı ildə qurulan “Apple” korporasiyası iPhone, iPad, iMacs, MacBooks, iPod və digər yüksək texnoloji avadanlıqlar istehsal edir. Şirkətin baş ofisi Kupertinoda (Kaliforniya ştatı) yerləşir.

Son xəbərlər
Digər xəbərlər