20 C
Baku
Saturday, October 12, 2024

“Apple” artırılmış reallıq eynəklərinin buraxılışını təxirə salıb

Amerikanın “Apple” şirkəti artırılmış reallıq eynəklərinin istehsalına başlamasını texniki səbəblərdən qeyri-müəyyən müddətə təxirə salıb, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Bloomberg” yazır ki, ilkin plandan kənara çıxmaq və daha münasib qiymətə olacaq qulaqlıqlar üzərində işləməyə qərar verib. 2024-cü və ya 2025-ci ilin əvvəllərində peyda ola biləcək ilk artırılmış reallıq eynəklərinin qiyməti təxminən 3 min dollar təşkil edəcək.

Qeyd edək ki, “Apple” hal-hazırda bu sahədə “Meta” ilə rəqabətdədir. Bu şirkətin istehsal etdiyi qarışı reallıq qarniturunun qiyməti 1.5 min dollardır.

Dünən, yanvarın 17-də “Apple” flaqman sayılan MacBook Pro noutbukunun yeni versiyalarını təqdim edib, hansılar ki, M2 Pro və M2 Max prosessorları ilə təchiz olunub.

Son xəbərlər
Digər xəbərlər