17 C
Baku
Friday, October 18, 2024

“Apple” avtomobillərdə oğurluq hallarının qarşısını almaq üçün yeni texnologiya patentləşdirib

Məşhur IT korporasiyası olan “Apple” avtomobilin şüşəsindəki mikroçatlaqları dərhal aşkar etməyə imkan verən texnologiyanı patentləşdirib.

Banker.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Apple” mütəxəssisləri elektrik ötürə bilən şəffaf keçiricilər hazırlayıb. Bu keçiricilərin köməyi ilə şüşələrdəki mikroçatları çərçivəyə quraşdırılmış xüsusi sensorlar vasitəsilə aşkar etmək olacaq.


Yeni texnologiya şüşənin istilik sistemini zədələnmələrdən qorumağa kömək edəcək. Belə ki, nəm və ya su çatlaq olan yerdən şüşənin istilik sisteminə nüfuz edərsə, sistem tez zamanda sıradan çıxa bilər.


Bundan əlavə, yeni texnologiya avtomobillərdən oğurluq hallarının da qarşısını almağa kömək edəcək.
Əgər elektrik keçirici şüşə zədələnərsə, mühərrik həmin an bloklanacaq. Həmçinin avtomobil sahibinin smartfonuna və polis əməkdaşlarına bildiriş göndəriləcək.


Qeyd edək ki, “Apple” bu faydalı cihazın kütləvi istehsal və satışını gələn ilin ikinci yarısında reallaşdırmağı planlayır.

Son xəbərlər
Digər xəbərlər