17 C
Baku
Wednesday, May 8, 2024

“Apple” bankirlər haqqında çəkdiyi serialın yayım tarixini açıqladı

“Apple” şirkəti bankirlər haqqında çəkdiyi serialın yayım tarixini açıqlayıb

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bankir” serialı martın 6-sı yayımlanacaq. Martın 20-sindən başlayaraq serialı Apple TV+ da izləmək mümkün olacaq. Şirkət bu barədə cümə axşamı günü verdiyi açıqlamada məlumat verib.

Serial afroamerikalıların irqi ayrı-seçkilik şəraitində qurduğu maliyyə biznesindən bəhs edir (Bernard Garret və Co Morris). Həyat yoldaşı Garret Yunis ilə birlikdə onlar ağdərili Metta Ştayneri zəngin bankirə çevirmək üzərində çalışırlar, özləri isə təmizlikçi və sürücünü təsvir edirlər.

“Bloomberg” in verdiyi məlumata görə, filmin prodüserlərindən biri Bernard Garret (kiçik) özü olmuşdur.   

Son xəbərlər
 ⁠
Digər xəbərlər