“Apple” şirkətinin kapitallaşması iyunun 10-da 1,53 trilyon dollara çatıb.
Banker.az xəbər verir ki, “MacRumors” un sözlərinə görə, bu, 1,5 trilyon dollardan çox olan ilk amerikan şirkətidir.
Şirkətin bir səhminin qiyməti 2% artaraq rekord səviyyəyə – 352,05 dollara çatıb. Qeyd edildiyi kimi, ümumilikdə dövriyyədə 4,3 milyard səhm var.
“Apple” səhmlərini aktiv şəkildə geri satın aldığı üçün onların qiymətli kağızlar bazarında dəyəri durmadan artmağa davam edir.