17 C
Baku
Wednesday, October 5, 2022

“Apple” bir gündə 180 mlrd. dollar itirdi – bu, ABŞ bazarının tarixində rekord enişdir

“Apple Inc.” (SPB: AAPL) şirkətinin kapitallaşması cümə axşamı günü 8% düşüb ki, bu da təxminən 180 milyard dollar zərər deməkdir.

Banker.az bu barədə “İnterfaks.az”a istinadən xəbər verir.

Mütəxəssislərin verdiyi məlumata görə, bu, Amerika bazarının tarixində rekord enişdir.

Buna baxmayaraq, “Apple”ın kapitallaşması hələ də 2 trilyon dollardan çoxdur.

Cari ili nəzərə almasaq, əvvəlki anti-kreord “Facebook” tərəfindən qoyulmuşdu. Belə ki, şirkətin bazar dəyəti 2018-ci ilin iyun ayında 119 milyard dollar (səhmlər 19% düşüb) azalıb. Qeyd edildiyi kimi, bu, “Cambridge Analytica” ilə bağlı qalmaqalın fonunda baş verib.

Bundan əlavə, qeyd edək ki, 2020-ci ilin mart ayında “Apple” və “Microsoft Copr”un (SPB: MSFT) kapitallaşmasında gündəlik eniş 150 milyard dollardan çox olub.

Son xəbərlər
Oxşar xəbərlər