16 C
Baku
Friday, April 19, 2024

Apple biznesmenlər üçün nəhəng iPad-lər yaradacaq

Apple planşetləri haqqında yeni məlumatlar yayılmaqdadır. MacRumors portalının verdiyi məlumata görə, şirkət 12 diaqonallı, yaxud 13 düym-lu iPad-lərin istehsalına hazırlaşır.

Planşet ölçülərinə görə hətta 12 düym belə çoxdur və Apple şirkəti məhz belə planşetlərin yaradılmasına qərar verib. Adətən belə cəsarətli sınaqlara koreyalı və çinli şirkətlər əl atırlar. Lakin söhbət yeni iPad 6 adlanacaq planşetdən gedirsə, burada bu planşetin yaradılmasını zəruri edən bır sıra məntiqi və vacib addımlar vardır.

Birincisi, Apple fabletlərlə – smartfon və planşetin birləşməsi olan gadgetlərin mübarizəsində məğlub oldu. Belə telefonların bazarda özünə yer tapmayacağını güman edən şirkət onların istehsalına maraq göstərmədi. Lakin hazırda fabletlərin Asiyada iPhone 5C-dən daha populyarlıqla istifadə edildiyini görürük. Bu nöqteyi-nəzərdən nəhəng iPad-lərin istehsalı növbəti dəfə Apple şirkətinə bazarda trend yaratmaq imkanı verəcək.

İkincisi isə, bu nəhəng planşetlərdən səmərəli şəkildə istifadə edə biləcək müəyyən bir istifadəçi kateqoriyası var. Bu kateqoriyaya iri həcmli mətnlər, cədvəllər ilə işləyən insanlar, rəssamlar və həmçinin qəzet və jurnalların elektron versiyalarını oxumağı sevən insanlar daxildir. Başqa sözlə desək, iPad 6 həm iş, həm də əyləncə üçün əlverişlidir.  Bu iri həcmli planşetlərə isə kompaktlıq bir o qədər də lazım deyil. Belə ki, bu planşetdən onsuz da diplomat və yaxud çanta ilə gəzən insanlar istifadə edəcəyindən, onu rahatlıqla daşımaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər