“Apple” yaxın bir neçə ildə demək olar ki, bütün cihazlarına “Face ID” funksiyasını əlavə edəcək. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti və insayderi Mark Qurman məlumat verib.
Onun sözlərinə görə, şirkətin “iPhone SE” və “iPad Air” cihazları daxil olmaqla demək olar ki, bütün məhsulları üz tanıma texnologiyasını dəstəkləyəcək.
Hal-hazırda bu cihazlarda yalnız “Touch ID” funksiyası var. “Apple” onu dəyişdirməyə tələsmir, çünki barmaq izi texnologiyası müqayisədə “daha ucuz alternativ” sayılır.
Qurman həmçinin “Apple” cihazlarının “Pro” modellərinin ekranın altında kameranın olması ilə fərqlənəcəyini söyləyib.