“Apple Card” sahibləri indiyədək ümumilikdə $10 mlrd. kredit götürüblər

0

“Apple Card” kredit kartının buraxılması ideyası Tim Kuk üçün çox uğurlu olub. Şirkət 2019-cu ilin dördüncü rübünə dair maliyyə hesabatını dərc edib və “Apple Card” sahiblərinin bu günə qədər nə qədər kredit götürdükləri məlum olub.

Banker.az xəbər verir ki, Bloomberg-in verdiyi məlumata görə, 2019-cu ilin sentyabrın 30-dan bəri “Goldman Sachs” bankı müştərilərinə ümumilikdə 10 milyard dollar kredit verib. Şirkət “Apple Card” istifadəçilərinin sayını açıqlamır. “Alma kredit kartı” “Apple” ın tərəfdaş bankına istehlak bazarına çıxmaq və uğurla gəlir götürmək imkanını verib. Bu vaxta qədər “Goldman Sachs” əsasən investorlar və korporasiyalarla əməkdaşlıq edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Apple” in rəhbəri Tim Kuk, yaxın gələcəkdə alıcılar üçün xüsusi tətbiq yaratmağı vəd edib: yeni iPhone smartfonunu “Apple Card” vasitəsilə 24 aya hissə-hissə ödəniş etmək şərti ilə almaq və 3% “cashback” qazanmaq mümkün olacaq.

Qeyd edək ki, “Apple Card” hələki yalnız ABŞ ərazisində işləyir. “Apple Pay” in dəstəklənmədiyi mağazalar və xidmətlər üçün şirkət titan kartını istifadəyə verib – onun üzərində öyrəşdiyimiz 16 rəqəmli nömrə və ya CVV-kod yox, yalnız sahibinin adı və soyadı var.