24 C
Baku
Friday, June 28, 2024

“Apple” Çin bazarında mövqelərini itirir

“Apple” şirkəti ilk dəfə olaraq iki il ərzində Çində bazar payını artıra bilməyib. Bunu “Kantar Worldpanel” tədqiqat şirkətinin məlumatları sübut edir.

2015-ci ilin fevralından 2016-cı ilin fevral ayına qədər iOS baza istifadəçilərinin sayı 3,2 faiz azalıb. “Android” cihazları istifadəçilərinin sayı isə bazardakı payını bir o qədər – 3,4 faiz artırıb və bununla da bazar payını 76,4 faizə çatdırıb.

“Huawei” şirkəti isə “Leica” şirkəti ilə birgə bu günlərdə tərtib olunmuş yeni smartfonlarının satışını Çində 22,4 faiz artırıb. Bununla da şirkət bu bazarda lider brend adını qazanıb. “Apple” isə 22,2 faiz həddinə çatıb.

“Meizu” və “Oppo” kimi digər Çin brendləri aparılan araşdırmaya əsasən, ildən-ilə güclü artım nümayiş etdirir. Bu il bu şirkətlərin hər birinə 6 faiz smartfon satışı düşüb.

Lent.az

Son xəbərlər
Digər xəbərlər