8 C
Baku
Wednesday, October 30, 2024

“Apple” Çindən gedir? – iPhone istehsalı Hindistana köçürülür

ABŞ sanksiyaları və pandemiyanın təsiri “Apple” podratçılarını istehsal müəssisələri üçün alternativ yerlər kimi Hindistan və Vyetnama nəzər yetirməyə məcbur edir. Bəzi hesablamalara görə, 2027-ci ilə qədər bütün iPhone-ların yarısı Hindistanda yığılacaq, baxmayaraq ki, hazırda ölkənin bu sahədə payı 5%-dən çox deyil.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hazırda Hindistan “Apple”ın tədarük zəncirində əhəmiyyətinə görə səkkizinci yerdədir, iki şirkətin 278 müəssisəsi məhz burada yerləşir və “Apple” məhsullarının istehsalı ilə məşğul olur.

Vyetnam təxminən 160 bölməni idarə edən iki şirkətlə 14-cü yerdə qərarlaşır. “Bloomberg”ə görə, Çində isə “Apple”ın 121 tədarükçüsü yer alır və onlar ümumi istehsalın 19.3%-ni təşkil edir.

Keçən payızda iPhone 14-ün yığılması Hindistanda Çinlə müqayisədə minimum gecikmə ilə başlayıb. Tanınmış analitik Min-Çi Kuonun fikrincə, iPhone 15 smartfonlar ailəsi bu il debüt edən zaman Çin və Hindistanda eyni vaxtda yığılmağa başlayacaq.

Mütəxəssislərə görə, indi “Apple”ın əsas problemi məhsulun keyfiyyət səviyyəsini müştərilərin tələblərinə uyğunlaşdırmaqdır.

Son xəbərlər
Digər xəbərlər