“Apple” Çinin akkumulyator istehsalçıları ilə danışıqlara başlayıb

“Apple” Çinin akkumulyator istehsalçıları “CATL” və “BYD” şirkətləri ilə danışıqlar aparır. Bildirildiyi kimi, korporasiya batareya təchizatçılarından istehsal müəssisələrinin ABŞ-da tikilməsini tələb edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Dünyanın ən böyük akkumulyator istehsalçısı və gələcəkdə “Tesla”nın tədarükçüsü “CATL” Vaşinqton və Pekin arasındakı siyasi gərginlik və yüksək xərclər səbəbindən ABŞ-da zavod tikmək istəmədiyini açıqlayıb.

Akkumulyator istehsalçıları arasında dördüncü yeri tutan “BYD”nin korporasiyanın bu tələbinə nə reaksiya verdiyi məlum deyil. Eyni zamanda “Apple”ın digər istehsalçılarla danışıqlar aparıb-aparmadığı qeyd edilmir.

“Apple” litium-dəmir-fosfat batareyalarında bahalı nikel və kobalt əvəzinə ucuz dəmir istifadə edildiyi üçün ona üstünlük verəcəyini bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.