5 C
Baku
Şənbə, Yanvar 29, 2022

“Apple” Çinlə 275 mln. dollarlıq gizli müqavilə imzalayıb

“Apple” Çinlə 275 milyon dollarlıq gizli müqavilə imzalayıb. Bildirilir ki, təklif Pekinə səfər edən Tim Kuk tərəfindən irəli sürülüb.

Banker.az xəbər verir ki, bu prosesə şəxsən özü nəzarət edib.

Korporasiyanın baş direktoru Tim Kuk Çin hökumətinə şirkəti idarə etmək və ölkə iqtisadiyyatına 275 milyon dollar sərmayə qoymaq məqsədi ilə beş il müddətinə müqavilə imzalamaq üçün bir qədər sərbəstlik təklif edib.

Müqavilənin şərtlərinə görə, Amerika şirkəti çinli həmkarına qabaqcıl texnologiyaların hazırlanmasında Çin təhsil müəssisələri ilə əməkdaşlıqda kömək etməlidir. “Apple” həmçinin öz məhsullarında Çin istehsalı komponentlərdən istifadə etməyə razıdır.

Niyyətinin ciddi olduğunu göstərmək üçün korporasiya Çinin “Didi” taksi xidmətinə bir milyard dollar sərmayə qoyub. Qeyd olunur ki, müqavilənin şərtləri onun daha bir il – 2022-ci ilin may ayına qədər uzadılmasının mümkünlüyünə imkan verir.

Müqaviləyə əsasən, bunun müqabilində “Apple” heç bir məhdudiyyət olmadan Çində fəaliyyətini davam etdirə bilər. Nəşr onu da vurğulayır ki, şirkət hökumətin cihaz və xidmətlərinin (Apple Pay, iCloud və App Store) istifadəsinə qadağa qoyulmasından qorxur.

Son xəbərlər
Oxşar xəbərlər