“Apple” daha incə və yüngül “MacBook Air” üzərində işləyir

“Apple” şirkəti “MacBook Air”in daha incə və yüngül versiyası üzərində işləyir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Yeni kompüterin 2021-ci və ya 2022-ci ilin ikinci yarısından tez çıxması planlaşdırılır.

Bu cihaz “MagSafe” maqnit zaryadka toplama texnologiyası və 13 düymlük ekranla təchiz ediləcək. Şirkətdən verilən məlumata görə, indiki “MacBook”ların ağırlığı 1.27 kq, qalınlığı isə 1.27 sm təşkil edir.

Qeyd edək ki, “Apple” həm də “MacBook Air” noutbukların daha böyük versiyasını istehsal etmək imkanını nəzərdən keçirsə də, bu planlar realizə edilməyib.

Yanvarın 15-də “Bloomberg” “MacBook Pro”nun yeni iki versiyasının satışa çıxacağı barədə məlumat vermişdir: 14 düymlük J314 və 16 düymlük J316 modeli.

Bundan əlavə, “Apple” “Mac”lara smartfon və Face ID texnologiyası vasitəsilə internetə qoşulmaq funksiyasını əlavə ediblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.