Amerikanın “Apple” şirkəti pandemiya fonunda tətbiq olunan distant iş rejimini 2022-ci ilə qədər uzatmağa qərar verib.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb. Bildirildiyi kimi, qərar yeni ştamların yayılması və yolux sayının artması ilə əlaqəli olub. Xatırladaq ki, daha əvvəl “Facebook” və “Amazon” da distant rejimin uzadılacağını açıqlayıb.
Korporasiya hibrid rejimə keçməyi planlaşdırır. Mövcud plana görə, distant rejimi sona çatanda işçilər bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü ofisdə, həftənin qalan iş günlərini isə evdən çalışacaqlar.
İşçilərin 90%-i müxtəlif iş rejimləri arasında seçim etmək hüququnun vacibliyinə vurğu edib. Təxminən 35% insan rəhbərliyin bu məsələdə çevik olmaması səbəbindən işdən ayrılmalı olduğunu söyləyib.