17 C
Baku
Sunday, May 19, 2024

“Apple” ən böyük smartfon istehsalçıları sırasında liderliyini itirib

2024-cü ilin birinci rübündə “Apple” smartfonlarının tədarükü təxminən 10% azalıb, IDC araşdırma şirkəti bildirib. Şirkət ən böyük istehsalçılar reytinqində birinci yeri “Samsung”a uduzaraq yenidən ikinci yerə düşüb. Amerika korporasiyası 2023-cü ilin sonuna qədər Cənubi Koreyanı geridə qoyub.

2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükü 7.8% artaraq 289.4 milyon ədədə çatıb. IDC-nin Reuters-ə verdiyi məlumata görə, “Samsung”un payı 20.8%, Apple – 17.3%, Xiaomi – 14.1% təşkil edib.

İlin əvvəlində yeni flaqman modeli Galaxy S24-ü təqdim edən “Samsung”, ilk rübdə 60 milyondan çox smartfon tədarük edib. “Apple” bir il əvvəlki 55.4 milyona qarşı 50.1 milyon smartfon satıb.

İlin əvvəlində Amerikanın “Microsoft” korporasiyası dünyanın ən dəyərli şirkətləri reytinqində “Apple”ı geridə qoyub. “Microsoft”un bazar kapitallaşması sonradan 3 trilyon dolları keçib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər