“Apple” “Fortune” jurnalının ən gəlirli şirkətlər reytinqində birinci yeri tutub. 2020-ci ildə korporasiyanın gəliri 3.9% artaraq 57.41 milyard dollara çatıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, əvvəlki iki ilsə reytinqin lideri Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti olub.
Dünyanın ən böyük 500 şirkətinin illik reytinqi 1955-ci ildən bəri “Fortune” jurnalında dərc olunur. Reytinqin əsas meyarı şirkətlərin gəlir səviyyəsidir. “Apple” və “Walmart”dan başqa, “Fortune Global”a Çinin elektronika şəbəkəsi “State Grid”, onlayn-reteyler “Amazon”, neft şirkətləri “China National Petrolium” və “Sinopec Group”, aprek şəbəkəsi “CVS Health”, tibbi sığortaçı “UnitedHealth Group”, o cümlədən avtomobil şirkətləri “Toyota Motor” və “Volkswagen” daxil olub.
Son beş ildə ilk dəfə reytinq iştirakçılarının ümumi gəliri artım əvəzinə, azalma göstərib – 4.8% düşərək 31.7 trilyon dollar təşkil edib. Buna baxmayaraq, bu məbləğ hələ də dünya ÜDM-sinin üçdə birini keçir.
2020-ci ilin ikinci rübünün nəticələrinə görə, “Apple” 45 illik tarixində rekord 21.7 milyard dollar gəlir əldə edib. Təkcə iPhone satışı təxminən iki dəfə artıb və şirkətə 39.57 milyard dollar gəlir gətirib.