-3 C
Baku
Sunday, December 15, 2024

“Apple” dünyanın ilk 3 trilyon dollarlıq şirkəti oldu

Amerika korporasiyası “Apple Inc”in bazar dəyəri üç trilyon dolları keçib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. “Nasdaq” birjasının məlumatına görə, iyunun 30-da keçirilən ticarətin yekunlarına görə, qiymət 2.3% artaraq 3.05 trilyon dollar təşkil edib.

Qeyd edək ki, şirkətin bazar dəyəri 2018-ci ildə bir trilyon, 2020-ci ildə isə iki trilyon səviyyəsini keçib. 2023-cü il yanvarın 3-də keçirilən ticarət zamanı “Apple”ın kapitallaşması üç trilyon dollara yüksəlib, lakin bu səviyyədə qala bilməyib və sessiyanın sonuna qədər aşağı düşüb.

Bazar dəyərinə görə ilk beşliyə həmçinin “Microsoft” (2.5 trilyon dollar), “Saudi Aramco” (2 trilyon dollar), “Alphabet” (1.5 trilyon dollar) və “Amazon” (1.3 trilyon dollar) daxil olub.

Son xəbərlər
Digər xəbərlər