6 C
Baku
Saturday, December 14, 2024

“Apple” elektrikli avtomobil istehsal edən startapla danışıqlar aparıb

2020-ci ilin əvvəlində “Apple” elektrikli nəqliyyat vasitələrini istehsal edən “Canoo” startapı ilə gizli danışıqlar aparıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, şirkətlər investisiyadan tutmuş satınalmaya qədər müxtəlif variantları müzakirə ediblər. Danışıqlar hələ də davam edir.

Dekabr ayında “Canoo” texnologiya şirkətinin köməyi ilə Nastaq birjasında ticarət etməyə başlayıb. ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına göndərilən sənədlərdə startapın bir neçə iri oyunçu ilə danışıqlar apardığı qeyd edilib.

“Canoo” və “Apple” bu məsələni şərh etməyiblər.

Qeyd edək ki, 2017-ci ildə təsis edilmiş “Canoo” şirkəti avtofurqon və ya yük maşına bənzər elektrikli avtomobillər buraxmağı planlaşdırır. 2020-ci ilin fevralında startap “Hyundai” ilə müqavilə bağlayıb.

Qeyd edək ki, “Apple”ın elektrikli avtomobillərin istehsalına maraq göstərməsi 2020-ci ildə məlum olub. Mənbələrin verdiyi məlumata görə, şirkət bu layihə üzərində minimum olaraq 2014-cü ildən çalışır.

Yanvar ayında “Hyundai” və “Apple” birgə istehsal məsələsini müzakirə etmişdilər. 2019-cu ildə isə “Apple” pilotsuz maşınların idarəetmə sistemlərinin istehsalçısını satın almışdı.

Son xəbərlər
Digər xəbərlər