8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

“Apple” elektrikli avtomobil istehsalı haqqında “Nissan” ilə danışıqlar aparıb

“Apple” öz markası altında elektrikli avtomobil istehsal etmək üçün “Nissan” şirkəti ilə danışıqlar aparıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, bu danışıqlar qısamüddətli olub və heç bir nəticəyə gətirməyib. Belə ki, “Nissan” təkcə avadanlıq təchizatçısı rolunu oynamaq istəməyib.

Mütəxəssislərin fikrincə, bir çox avtomobil istehsalçısı “Foxconn kimi” olmaqdan qorxur. Xatırladaq ki, hal-hazırda bu şirkət iPhone yığmaqla məşğul olur.

“Apple” bu məlumatlara şərh bildirməkdən imtina edib. “Nissan”ın əməliyyat direktoru Aşvani Qupta isə heç bir danışıqlar aparmadığını söyləyib. Bununla yanaşı, rəhbər texnologiya şirkətləri ilə əməkdaşlıq üçün açıq olduğunu bildirib. “Biz əməkdaşlıq qura bilərik, lakin onların xidmətlərini bizim avtomobillərə inteqrasiya etmək yolu ilə – əksinə yox”, – Qupta əlavə edib.

Xatırladaq ki, daha əvvəl “Apple” və “Hyundai” şirkətlərinin elektrikli avtomobil istehsalı haqqında danışıqlar aparması məlumatı ortaya çıxmışdır. Fevral ayında şayiələr təsdiqini tapsa da, tərəflərin əməkdaşlığı baş tutmadı.

Son xəbərlər
Oxşar xəbərlər