26 C
Baku
Saturday, July 27, 2024

“Apple” öz elektromobilini yaratmaq ideyasından imtina edib – “Bloomberg”

Texnologiya nəhəngi “Apple” öz elektromobilini yaratmaq ideyasından imtina etmək və bu istiqamətdə bütün işləri dayandırmaq, diqqətini süni intellekt (AI) texnologiyalarının inkişafına yönəltmək qərarına gəlib.

“Bloomberg”in məlumatına görə, 10 ilə yaxındır üzərində işlər davam edən layihənin bağlanması barədə qərar çərşənbə axşamı şirkət daxilində bu sahədə çalışan 2 min işçi arasında elan edilib.

“Apple” mütəxəssisləri 2014-cü ildə bu layihə üzərində işləməyə başladılar və 2021-ci ildə onun yaxın 5-7 il ərzində tamamlanmasının mümkünlüyündən danışırdılar. Konsepsiyada elektromobilin adi sükan və pedalların olmayacağı nəzərdə tutulurdu, belə bir avtomobildə hərəkətin təhlükəsizliyini təmin etmək üçün kompleks köməkçi mexanizmlər sistemi hazırlanmışdır.

Son xəbərlər
Digər xəbərlər