23 C
Baku
Sunday, September 29, 2024

“Apple” “Facebook”un qorxduğu iOS yeniləməsini buraxdı

Aprelin 26-da “Apple” iOS 14.5-in son versiyasını təqdim edib. Yeniləmə özündə bir sıra yeni funksiyaları birləşdirir, bunlara məlumatları toplamaq üçün tərtibatçılardan icazənin alınması və IDFA-ə çıxış da daxildir. Xatırladaq ki, “Apple”ın yeni qaydaları “Facebook”un, o cümlədən tətbiq inkişafetdiricilərinin və startapların narazılığına səbəb olub.

Yeni qaydalara əsasən iOS üçün tətbiq inkişaf etdirmək hər bir mütəxəssis istifadəçi məlumatlarını toplamaq üçün onlardan icazə almalıdır. Başqa sözlə desək, tətbiq yaradıcıları istifadəçilərdən IDFA-ya çıxmağı xahiş etməlidirlər. IDFA (“The Identifier for Advertisers”) – “Apple”ın hər cihaza verdiyi unikal bir rəqəmdir.

IDFA-dan istifadə edərək şirkətlər tətbiqin quraşdırılmasını istifadəçini cəlb edən reklam kampaniyası ilə əlaqələndirə bilirlər. “Apple”ın qeyd etdiyi kimi, yeni qaydalar istifadəçilərin məlumatlarının məxfiliyini qorumağa kömək edəcək. “Facebook” isə öz növbəsində onların “ayaqda qalmağa çalışan bir çox kiçik müəssisələrə zərər verəcəyini” bildirir.

Buna baxmayaraq, inkişafetdiricilər istifadəçilərə ID-lərinə daxil olmaq üçün sorğu göndərməli olacaqlar. İstifadəçilər üçün bu nə deməkdir? Hər hansı bir tətbiqi açdıqda, tərtibatçının IDFA-ya giriş tələb etdiyinə dair pəncərə görünəcək. İstifadəçi bununla razılaşa və ya razılaşmaya bilər.

Digər yeniliklərə aşağıdakılar aiddir: “Apple Watch” vasitəsilə “iPhone”un kilidini açmaq, “PlayStation 5” və “Xbox Series X/S” dəstəyi, “AirTag”, “Siri” üçün yeni səslər, yenilənmiş “Podkastlar”.

Məsələn, indi istifadəçilər “iPhone”u maska ilə kiliddən çıxara biləcəklər. Bu funksiya yalnız “Face ID” aktiv olan smartfonlarda və “Apple Watch”a sahib olan istifadəçilər üçün əlçatan olacaq.

Bu halda saat verifikasiya cihazı rolunda çıxış edir və biometriyanı əvəz edir. Belə ki, maska altında “Face ID” işləmir.

Son xəbərlər
Digər xəbərlər