Amerikanın Apple şirkəti Finlandiya iqtisadiyyatının iki əsas sahəsinin iflasına görə məsuliyyət daşıyır. Bunu ölkənin baş-naziri Aleksandr Stubb CNBC kanalına verdiyi müsahibəsi zamanı bildirmişdir.
Siyasətçi Nokia simasında informasiya texnologiyalarını, həmçinin kağız istehsalını nəzərdə tutub. Bu sahə üzrə iki nəhəng şirkət UPM-Kymmene və Stora Enso məhz burada yerləşir.
Nazirin sözlərinə görə, Finlandiya şirkətlərinin yaşadığı “çətin dövr” gələcəkdə innovasiyaların inkişafına gətirib çıxara bilər.