15 C
Baku
Sunday, May 5, 2024

Apple haqqında 11 həqiqət

Amerikanın Apple korporasiyası hər şeydən öncə ona görə məşhurdur ki, o, hər dəfə bir-birinin ardınca elə populyar texniki məhsullar istehsal edir ki, onlar bir göz qırpımında kulta –pərəstiş obyektinə çevrilir. Kult sözündən heç də qorxmaq gərək deyil. Adını çəkdiyimiz kompaniyanın tarixi çox fərqli və maraqlı hadisələr ilə zəngindir. Bu məqalədə bir Apple  korporasiyası haqqında  11 ən məşhur və eyni zamanda ən maraqlı faktları sadalamaq niyyətindəyik.    

1) Hal-hazırkı anda Amerikanın Apple istehsalçısı dünyada ən böyük korporasiyadır.

2) Əfsanəvi Stiv Cobsun və onun həmtəsisçisi Stiv Voznyakın Apple  kompaniyasının ilkin yaranması mərhələsində üçüncü rəsmi tərəfdaşları da var idi, bu insan Ronald Ueyn idi. Uzaq keçmişdə, yəni 1977-ci ildə Ueyn özünün kompaniyadakı 12%-lik pay hissəsini cəmi 970 dollara satmışdı.

3) Ən birinci musiqi player-i olan iPod-un tərkibində “Pasxa yumurtası” var idi. About proqram menyusunda mərkəzi düymənin bir-başa olaraq təxminən dörd saniyə  basaraq saxladıqdan sonra gizli  Breakout seçənəyi (proqramı) açılırdı. Siz səhifələri çevirdikdə və ya sevimli musiqiyə qulaq asdıqda həm də eyni zaman oyunla oynaya bilərdiniz. Bu oyun yuxarıda adlarını çəkdiyimiz  Cobs və Voznyak tərəfindən Atari kompaniyasında yay vaxtı pul qazanmaq üçün çalışdıqları dövrdə hazırlanmış və buraxılmışdı.

4) Təkrarolunmaz keyfiyyətinə və kifayət qədər geniş profilinə malik olmasına baxmayaraq Mac seriyasına məxsus personal qurğular bütün dünya bazarında satılan personal kompüterlərin cəmi 9%-ni tutur.

5) Əgər Apple kompaniyasının ötən il ərzindəki gəlirlərini korporasiyada çalışan bütün rəsmi əməkdaşlar arasında bərabər bölüşdürməli olsaq, onda onların hər biri 450 min dollar almalı olardı.

6) Uzaq 1996-cı ildə Apple kompaniyası özünün ilk rəqəmsal fotoaparatını satışa buraxır, bu qiymət baxımında sıravi alıcının da qazanclarına uyğun olur. Birinci nəsil QuickTake fotoaparatının maksimal həlli hətta bir meqa-pikseldən də az idi. Onda alınmış təsvirin ilkin baxışı üçün heç bir ekran yox idi. Quraşdırılmış yaddaş qurğusu isə cəmi 12 şəkili yadda saxlamağa icazə verirdi. Stiv Cobsun elə həmin il öz kompaniyasına təntənəli qayıdışından sonra sözü gedən məhsulun hazırlanması və sonrakı inkişaf tamamı ilə dayandırıldı.

7) iPhone mobil qurğuları satışa  yalnız 2007-ci ildən bəri buraxılsa da, ötən ilin sonuna qədər bu mobil smartfonların satışı kompaniyanın ümumi gəlirinin təxminən 45%-ni təşkil etmişdir.

8) Son 16 il ərzində Stiv Cobs Apple korporasiyasında tam bir dollar həcmində əməkhaqqı alırdı. Bu yalnız ondan ötrü lazım idi ki, özünü keyfiyyətli tibbi sığorta ilə təmin edəsən. Stiv Cobsun ümumi maliyyə sərvəti isə 6,5 milyard dollar həcmində qiymətləndirilir.

9) Dünyanın ən populyar kompaniyasının yaradıcısı olan Stiv Cobs məşhur ingilis memarı Beyy Yuymini işə götürür ki, özünün Nyu-Yorkdakı sevimli mənzillərində təmir-bərpa və yenidən qurma işləri aparsın. Daha sonra isə o, bu mənzilləri populyar U2 qrupunun vokal ifaçısı-Bono adlı şəxsə satır. Ən maraqlısı odur ki, Cobs özü bu mənzillərdə heç bircə gün də yaşamayıb.

10) 1976-cı ilin əvvəlində kompüter istehsalı üçün lazımı texniki və tamamlayıcı detalların alınmasına təcili şəkildə tələb olunan maliyyə vəsaitini tapmaq üçün Cobs və Voznyak dostları özlərinin bütün əmlakını satmalı olurlar, bu pullar ilk Apple kompüterinin  yaranması üçün olduqca vacib idi. Məsələn Stiv özünün sevimli, nadir Volkswagen avtomobilini satır, ikinci Stiv isə özünün təzəcə hazırlanmış HP-65 cib kalkulyatoru ilə  ayrılmalı olur, bu ilk proqramlaşdırma qurğularından biri idi, onun qiyməti həmin zaman 500 dollar təşkil edirdi.

11) Kifayət qədər böyük miqdarda uğurlu və populyar proyektlərin sayına baxmayaraq, Apple kompaniyasının böyük uğursuzluqları da olmuşdur.  Hətta Stiv Cobsun bilavasitə özünün rəhbərliyi altında. Bellə uğursuzluqlar sırasına Cube adlanan, monitorsuz kompüter sistemini daxil etmək olar. Həmçinin özünü doğrultmayan Newton portativ kompüteri və demək olar ki, heç kəsin tanımadığı Apple Lisa-nı da qeyd etməyə dəyər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər